<b>Fövqəladə halların idarə olunması üçün yol xəritəsi hazırlanıb</b>
29 aprel 2016 13:06 (UTC +04:00)

Fövqəladə halların idarə olunması üçün yol xəritəsi hazırlanıb

 

"Fövqəladə hallar atlasının hazırlanmasında və müvafiq informasiya bazasının yaradılmasında FHN və AMEA, eyni zamanda digər dövlət qurumlarının iştirakı nəzərdə tutulub”.

 Lent.az-ın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə AMEA-ın illik yığıncağındakı çıxışında deyib.

F.Tağızadə bildirib ki, atlasın yaradılması yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələri, biznes struktur obyektləri strateji neft-qaz kommunikasiya xətlərində fövqəladə halların qurulması, istehsal qüvvələrinin yerləşdirilməsi baxımından əhəmiyyətə malikdir.

 

Nazir müavini qeyd edib  ki, qarşıda duran əsas məqsədlərdən biri ölkənin bütün ərazisində  fövqəladə halların idarəolunması, geo-informasiya bazasının yaradılmasıdır:

"Bazanın yaradılmasında məqsəd fövqəladə halların operativ idarə edilərək, ölkə ərazisində risk və təhlükələrin dayandırılması, fövqəladə hallar zamanı vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, ərazinin mühafizəsinin təmin edilməsi, dəyən ziyanın minimuma endirilməsi, ölkənin inkişafının təmin edilməsi sahəsində vahid informasiya bazasının yaradılmasıdır. Artıq bu istiqamətdə yol xəritəsi hazırlanıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Fərizə Əhmədova

Oxşar yazılar