Etibar Nəcəfov səfirlə görüşdü
26 yanvar 2018 17:23 (UTC +04:00)

Etibar Nəcəfov səfirlə görüşdü

 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində görüş keçirilib.

 

Lent.az-ın məlumatına görə, yanvarın 26-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan multikulturalizm siyasətinin əsas istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkəmizin bu sahədə əldə etdiyi böyük nailiyyətlər qeyd olunub. Etibar Nəcəfov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin iki ölkə arasında həyata keçirilən layihələr barədə ətraflı söhbət açaraq bildirib ki, 2015-ci ilin yaz semestrindən başlayaraq bu günədək Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.  Ötən illər ərzində xarici ölkə universitetlərində və eyni zamanda Azərbaycanın təhsil ocaqlarında  “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideya və təşəbbüsü ilə təşkil olunan beynəlxalq multikulturalizm yay və qış məktəblərində Türkiyənin bir sıra universitetlərindən də tələbələrin iştirak etdiyi, qardaş ölkənin Türk Dil  Kurumu, Yunus Emre İnstitutu, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirlər və digər layihələr barədə də geniş səhbət aparılıb.

Görüşdə Türkiyə Respublikası səfirliyinin əməkdaşı Merve Rüya Avcı və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar