Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
Lent. az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən, vergi idarəsindən arayış və ya rüsumun ödənilməsi haqqında sənəd təqdim olunacaq.
İndiyə qədər vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən vergi və ya rüsumun ödənilməsi haqqında sübut - vergilər idarəsindən arayış, qəbz təqdim olunub. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Ramiz Mikayıloğlu