Elmi işçilər dövlət proqramlarının hazırlanmasına cəlb olunacaq
27 yanvar 2016 13:48 (UTC +04:00)

Elmi işçilər dövlət proqramlarının hazırlanmasına cəlb olunacaq

Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək və onlar dövlət proqramlarının hazırlanmasına cəlb olunacaq. 

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Elm haqqında” qanunun ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli bildirib. O deyib ki, yeni qanunda 14.7-ci bənd kimi təsbit olunan bu təklifin müəllifi deputat, hüquqşünas Elşad Həsənovdur.

 

Bildirilib ki, elmi işçilərin dövlət proqramlarına cəlb olunması ilə həm onlar əlavə gəlir əldə edəcəklər, həm də dövlət müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı, elmi işçilərin də fikirlərindən faydalanacaq. İ. Həbibbəylinin fikrincə, bu, elmi işçilərin elmi fəaliyyətini də stimullaşdıracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar