“Yüzilliyin marşı” sənədli filmi çəkiləcək
22 may 2019 12:20 (UTC +04:00)

“Yüzilliyin marşı” sənədli filmi çəkiləcək

 

 

Media İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Ordusunun tarixinə həsr olunmuş “Yüzilliyin marşı” sənədli filminin çəkilməsini nəzərdə tutan layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

 

“Yüzilliyin marşı” filmi Azərbaycanda ordu quruculuğunun və hərb ənənələrimizin tarixindən bəhs edəcək. Həmçinin filmdə Azərbaycan ordusunun müasir qüdrətindən, ölkəmizin yetişdirdiyi hərbi şəxsiyyətlərin həyatından, cəmiyyətdə orduya sağlam münasibətin möhkəmlənməsi istiqamətində görülən işlər təbliğ olunacaq.

 

Media İnkişaf Mərkəzinin bu barədə yaydığı məlumatda bildirilir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı son illərdə ordu mövzusu və hərbi vətənpərvərlik ideyası, şübhəsiz, ictimai əhəmiyyət daşıyır. “Bu baxımdan, ordu mövzusunu və hərbi vətənpərvərlik ideyasını əks etdirən görsəl materialların, əyani vəsaitlərin çoxluğu zəruridir.

Torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan siyasətin diplomatiya istiqaməti nə qədər vacibdirsə, ordu hazırlığı, problemin hərbi yolla həllinə hər an hazır olmaq da o qədər labüddür. Hərbi maarifləndirmə və vətənpərvərlik təbliğatının aktuallığı məhz bundan irəli gəlir”.

# 1002
avatar

Oxşar yazılar

Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

20 may 2024 , 13:20
Aliment ödəməyən şəxsi  hansı cəza   gözləyir?

Aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

20 may 2024 , 12:58
Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ  baş tutdu

Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ baş tutdu

20 may 2024 , 12:30
"Malakan bağı"  belə olacaq -  FOTOLENT

"Malakan bağı" belə olacaq - FOTOLENT

20 may 2024 , 12:27
Sabah  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

20 may 2024 , 12:00
Üç bürc may ayının sonuna qədər  ciddi çətinliklərlə  üzləşəcək

Üç bürc may ayının sonuna qədər ciddi çətinliklərlə üzləşəcək

19 may 2024 , 19:25