Əhməd Əhmədzadə su təminatından danışdı
12 sentyabr 2013 14:17 (UTC +04:00)

Əhməd Əhmədzadə su təminatından danışdı

“Hacıqabulda Pirsaat, Şamaxıda Zoqalavaçay su anbarlarında əsaslı təmir işləri başa çatdırılıb, Tovuzda Tovuzçay su anbarının tikintisi  davam etdirilir”. Lent.az-ın məlumatına görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. O, qeyd edib ki, işğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin su ilə təminatının yaxşılaşdırmaq üçün 26,4 km uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilib. 

”Dünya Bankının krediti Şabran və Siyəzəndə içməli su təchizatı, kanalizasiya sistemlərinin bərpası, tikintisi  başa çatdırılıb, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabadda isə bu işlər davam etdirilir”. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar