Əfsanəvi futbolçu ölkəsinin baş məşqçisi oldu
15 yanvar 2018 18:54 (UTC +04:00)

Əfsanəvi futbolçu ölkəsinin baş məşqçisi oldu

"Mançester Yunayted” və Uelsin əfsanəvi futbolçularından olan Rayan Giqqz Uels millisinə baş məşqçi təyin edilib.

 

Lent.az-ın “Qafqazinfo” istinadən məlumatına görə, daha öncə “Mançester Yunayted”də Devid Moyes və Lui van Qalın köməkçisi işləmiş 44 yaşlı Giqqz, ilk baş məşqçi təcrübəsini öz ölkəsinin millisində yaşayacaq.

 

Xatırladaq ki, Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə əldə edə bilməyən Uelsdə baş məşqçi Kris Kolmanla yollar ayrılmışdı.

 

Qeyd edək ki, 1991-2007-ci illərdə Uels millisində çıxış edən Giqqz 64 oyunda 12 qol vurub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar