Ədviyyatlı qida ömrü uzadır
08 noyabr 2015 01:40 (UTC +04:00)

Ədviyyatlı qida ömrü uzadır

Çin alimləri apardıqları bir sıra tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, ədviyyəli qida insanın ümumi sağlamlığına yaxşı təsir edir və hətta ömrü uzadır.

 

Musavat.com xəbər verir ki, alimlər o sırada qidanın xüsusiyyətlərinin səhhətə necə təsir etdiyini öyrənmək üçün müxtəlif yaş qrupundan olan təxminən yarım milyon adamın rasionunu 80 yaşadək analiz ediblər.

 

Mütəxəssislər bibərin insan orqanizminin ümumi durumuna təsirini öyrəniblər. Müşahidələr 7 il ərzində aparılıb. Bu müddətdə 20 min adam dünyasını dəyişib. Eksperimentin başlanğıcında isə onun iştirakçılarının hamısı praktik sağlam olub. Müəyyən edilib ki, ədvalı qida qəbulu, o cümlədən acı bibərdən istifadə ölüm riskini 14% azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar