Əcnəbi Tələbə Gənclərin II ümumrespublika forumu keçirilib
19 noyabr 2015 17:25 (UTC +04:00)

Əcnəbi Tələbə Gənclərin II ümumrespublika forumu keçirilib

 

Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı və Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin II ümumrespublika forumu” keçirilib.

İqtisad Universitetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbində təşkil olunan tədbirdə təşkilatın sədri Aysəba Umutlu 2011-ci ildə keçirilən I forumdan ötən dövr ərzində BBTK-nın uğurlu və yadda qalan layihələrindən danışıb. Forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi gəncləri bir araya gətirmək, onlara özünü ifadə etmək imkanı vermək, layihənin icrası zamanı əcnəbi tələbələrin problemlərinin araşdırılması və maraq dairələrini öyrənmək, azərbaycanlı tələbələrlə əcnəbi tələbələr arasında ünsiyyətin möhkəmlənməsinə xidmət edən tədbirləri təşkil etməkdir.

Forumda bildirilib ki, bu gün Azərbaycanda 58 ölkənin 5 minə yaxın vətəndaşı təhsil alır. Əgər I forumda 18 ölkədən 200-ə yaxın tələbə iştirak edirdisə, bu gün həm ölkələrin, həm də iştirakçıların sayı xeyli artıb. Beləliklə, bu gün II forumda 25 ölkədən 300-dən çox tələbə iştirak edir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev əcnəbi tələbələrin Azərbaycan tarixini və mədəniyyətini öyrənmələrini və öz ölkələrinə döndükdən sonra təbliğ etmələrini tövsiyə edib.

 “Təklif bizdən, dəstək sizdən” devizi altında keçirilən forumda Bakıda təhsil alan əcnəbi tələbələr daha çox Beynəlxalq Gənclər Mərkəzinin yaradılması, onlar üçün heç olmasa bir tələbə yataqxana binasının tikilməsini, bəzi tələbələrə dərsdən sonra qısamüddətli işləmək imkanının verilməsi, yaradıcı və istedadlı tələbələr üçün sərgilərin, eləcə də Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə xüsusi turların təşkil edilməsi kimi təkliflərlə çıxış ediblər.

Azərbaycan mədəniyyətinə yüksək qiymət verən əcnəbi tələbələrin ifasında səslənən mahnı və rəqslər forumun gedişinə bir az da rəng qatıb.

Sonda təhsildə əldə etdiyi uğurlara, BBTK ilə sıx əməkdaşlığa, universitetlərin ictimai həyatında fərqləndiyinə görə bir qrup tələbəyə BBTK-nın xüsusi diplom, eləcə də hədiyyələri təqdim olunub.

Qeyd edək ki, forumda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, Azərbaycandakı müxtəlif səfirliklərin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən müxtəlif ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr iştirak edib.

 

# 204
avatar

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22