Sosial müdafiə fondunun sədri Qəbələdə qəbul keçirəcək
09 dekabr 2015 10:32 (UTC +04:00)

Sosial müdafiə fondunun sədri Qəbələdə qəbul keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 dekabrda,  saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Qəbələ rayon şöbəsində (02420) 5-06-99

Ağdaş rayon şöbəsində (02023) 5-50-28

Göyçay rayon şöbəsində (02027) 4-21-35

Ucar rayon şöbəsində (02021) 3-01-17

 

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar