DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak edib
17 noyabr 2015 11:42 (UTC +04:00)

DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak edib

 

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avrasiya və digər ölkələrin sosial təminat təşkilatlarının rəhbərləri üçün seminar keçirib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemlərinə həsr olunmuş tədbirdə Dövlət Sosial Müdafiə Fondunu sədrin müavini Zakir Babayev və sədrin müşaviri Yalçın Müslümov təmsil ediblər.

 

Seminarın işində Rusiya Federasiyasının, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta və pensiya qurumlarının rəhbərləri iştirak ediblər.

 

 

Seminarda rus dilində nəşr olunmuş “Beynəlxalq sosial təminat: sənədlər və şərhlər” adlı məcmuənin təqdimatı keçirilib və BSTA-nın Baş katibi X.Konkolevskinin “BSTA-nın Rəhbər  tövsiyələrinin məqsəd və vəzifələri, habelə sosial təminatın idarə olunmasında standartların yüksəldilməsi üzrə BSTA mərkəzinin göstərdiyi xidmətlər haqqında” məruzəsi dinlənilib.

 

 

Qeyd olunan məcmuəyə Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları və tövsiyələri, BSTA-nın sosial təminat məsəllələri üzrə Rəhbər  tövsiyələri daxil edilib. Kitabın BSTA-nın Rəhbər  tövsiyyələri hissəsində “Vicdanlı idarəetmə”,  “Xidmətin keyfiyyəti”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Sosial sığorta haqlarının toplanması və ödəmə intizamının təmin edilməsi” kimi bölmələrində verilən  tövsiyyələr sosial (pensiya) fondların fəaliyyətlərinin təkmilləşdirilməsi işinə köməklik xarakteri daşıyır.

 

Seminarda həm də “Milli sosial təminat sistemləri: müasir çağırışlar və inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada sosial təminat sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış ediblər.

 

Dövlət  Sosial Müdafiə Fondunun nümayəndələri BSTA-nın Baş katibi X.Konkolevski, habelə Rusiya Federasiyası Pensiya Fondunun  və Sosial Sığorta Fondunun rəhbərləri ilə keçirdikləri ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar