DSMF 278 vakant yerə müsabiqə elan edib
29 oktyabr 2015 11:31 (UTC +04:00)

DSMF 278 vakant yerə müsabiqə elan edib

0

 

 

Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib.

 

Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyatı vəzifələrə təyin olunub.

 

Hazırda Fond üzrə  278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar