Dövlət tərəfindən avtomobil verilən əlil qruplarının sayı artırılıb
06 yanvar 2016 14:37 (UTC +04:00)

Dövlət tərəfindən avtomobil verilən əlil qruplarının sayı artırılıb

Azərbaycanda dövlət tərəfindən avtomobil verilən əlil qruplarının sayı artırılıb.

 

APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əksini tapıb.

 

Əsasnaməyə əsasən proqramlı hemodializ qrupuna daxil olan əlillərə də avtomobil verilməsinə dair tibbi göstəriş veriləcək. Nazirlər Kabinetinin indiyə qədər qüvvədə olmuş 29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə də bu qrup əlillər avtomobil verilməsinə dair tibbi göstərişin verildiyi əlil qrupları arasında yer almayıb.

 

Digər dəyişiklik müharibə əlilləri ilə bağlıdır. İndiyə qədər müharibə əlilləri və onlara bərabər tutulan əlillərin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 dərəcədən aşağı olduqda onlara avtomobil verilməsinə dair tibbi göstəriş verilib. Ancaq bundan sonra müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda onlara avtomobil verilməsinə dair tibbi göstəriş veriləcək.

 

İndiyə qədər avtomobil verilməsinə dair tibbi göstəriş verilən 27 əlil qrupu ilə bağlı isə dəyişiklik olmayıb. Bu əlil qruplarına ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı, ikinci dərəcəli ağciyər çatışmazlığı, bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi, hemiplegiya, nəzərə çarpan hemiparez, nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom, hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı, aşağı ətrafların nəzərə çarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları), aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları, hər iki aşağı ətrafın fillik xəstəliyi, hər iki əlin güdülü, hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması), hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü, baldırın güdülü, bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı, bud-çanaq və ya diz oynağının laxlaması, bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda), diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası, topuq oynağının kəskin nəzərə çarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası, bir  aşağı  ətraf  və  ya  ancaq qurşaq sümüklərinin  xroniki  osteomieliti  (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə), budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru, bud-çanaq oynağının endoprotezi, hər iki diz oynaqlarının endoprotezi, bir aşağı ətrafın 10 sm qısa olması, baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular, onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərə çarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri və ankilozlaşdıran spondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərə çarpan kontrakturası ilə daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Oxşar yazılar