Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası gəlirlər 13 674 070,1 min manat, xərclər 10 573 605,8 min manat və ya Dövlət Neft Fondunun 2012-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 99,7%, xərclər üzrə 98,4% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:
Sıra N-si |
Göstəricilər |
min manatla |
Gəlirlər, cəmi: |
13 674 070,1 |
|
|
o cümlədən: |
|
1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
13 117 354,6 |
2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər |
3 008,1 |
3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
7 890,8 |
4. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) |
1 572,6 |
5. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər |
543 992,1 |
6. |
Digər gəlirlər və daxilolmalar |
251,9 |
Xərclər, cəmi: |
10 573 605,8 |
|
|
o cümlədən: |
|
1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
299 982,0 |
2. |
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert |
9 905 000,0 |
3. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
199 997,1 |
4. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
119 027,6 |
5. |
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi |
19 977,3 |
6. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
29 621,8 |