Dövlət müşaviri Beyləqanda görüş keçirib
28 iyun 2014 19:20 (UTC +04:00)

Dövlət müşaviri Beyləqanda görüş keçirib

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Beyləqanda ziyalılar, din xadimləri və ağsaqqallarla görüş keçirib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzüb.


Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən Kamal Abdullayev ölkəmizdə dövlət-din münasibətlərinin prioritet istiqamətləri, milli mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti tərəfindən həyata keçiriləcək layihələrdən danışıb.

 

Görüşdə dövlət-din münasibətlərinin mövcud durumu, yad dini ideologiya və radikal təriqətlərin qarşısının alınması zərurəti və digər aktual mövzular müzakirə edilib.

 

Əsas diqqət gənc nəslin milli mənəvi dəyərlər və vətənə sədaqət ruhunda tərbiyə olunmasında ziyalıların, ağsaqqalların, məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə yönəldilib.

 

Görüşdə rayon ziyalıları tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

 

Həmin gün dövlət müşaviri Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbər ziyarətgahında olub, din xadimləri ilə söhbət aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar