Dondurma istehsalı sahələri yoxlanılıb
28 iyun 2013 17:17 (UTC +04:00)

Dondurma istehsalı sahələri yoxlanılıb

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bütün dondurma istehsalı sahələrində yoxlama aparıb.

 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev  söyləyib.

 

İmran Abdullayev yoxlamalar zamanı ciddi problem aşkarlanmadığını söyləyib. Onun sözlərinə görə, əsas problem kiçik, kustar üsulla dondurma istehsal edən sexlərlə bağlıdır: “Belə sexlər Bakıda azdır, paytaxtda böyük, müasir avadanlıqlara malik istehsal sahələri var. Kiçik, kustar üsulla istehsalla məşğul olan sexlər əsasən regionlarda yerləşirlər. Belə sexlər gigiyenik sertifikat almaq üçün bizə müraciət edirlər. Biz bu sexlərə gedir, onların nəzərinə çatdırırıq ki, dondurma istehsalı üçün kustar istehsala son qoymalı, müasir avadanlıqlar almalıdırlar. Sahibkar müasir üsulla dondurma istehsalı təşkil edənə qədər belə dondurma sexlərinə gigiyenik sertifikat vermirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Oxşar yazılar