“AMEA 2013-2014-cü il üzrə doktoranturaya qəbul planını Nazirlər Kabinetinə təqdim edib”. Bu barədə Lent.az-a AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov məlumat verib. Onun sözlərinə görə, NK hələlik qəbul planını təsdiq etməyib: “Hökumət həmin planı təsdiq etdikdən sonra, AMEA-nın Rəyasət Heyətinə təqdim edəcək”.
S. Hüseynovun sözlərinə görə, AMEA-nın Rəyasət Heyəti tərəfindən plan təsdiq edildikdən sonra elan veriləcək.