Dərsliklərin monitorinqinin vaxtı açıqlandı - EKSKLÜZİV
12 sentyabr 2013 15:21 (UTC +04:00)

Dərsliklərin monitorinqinin vaxtı açıqlandı - EKSKLÜZİV

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb dərsliklərinin və dərs vəsaitlərinin monitorinqinin vaxtını açıqlayıb.  

 

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a açıqlamasında bildirib ki, TQDK dərsliklərin monitorinqinə oktyabrın sonundan başlayacaq: “Sentyabrın 16-dan məktəblərdə dərslər başlayır. Monitorinqlərin oktyabrın sonunda başlamsının səbəbi müəllimlərə yeni dərsliklərə tanış olmaq imkanının verilməsidir. Artıq TQDK tərəfindən dərsliklərin monitorinqi ilə bağlı oktyabrın sonundan başlayacaq seminarların qrafikləri hazırlanır”.

 

Mətbuat katibi onu da bildirib ki, dərsliklərlə bağlı Təhsil Nazirliyi ilə birgə portal yaradılacaq. “Həmin portalda dərslik sahəsi üzrə elektron məlumata bazası yerləşdiriləcək. Burada məqsəd vətəndaşların yeni dərsliklərlə tanış olmasıdır”.

# 807
avatar

Oxşar yazılar