Dərslik layihələrinin ictimai qiymətləndirilməsi başa çatır
07 iyun 2016 12:34 (UTC +04:00)

Dərslik layihələrinin ictimai qiymətləndirilməsi başa çatır

0

 

Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ictimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin iyunun 17-dək bildirilməsi mümkün olacaq.

 

Qeyd edək ki, rəy və təkliflər seçilmiş dərslik layihəsinin səhifəsində xüsusi ayrılmış bölmədə yazılmaqla, yaxud [email protected] elektron poçtuna göndərilməklə bildirilə bilər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar