Növbəti tədris ilindən məktəblərdə dərs günlərinin sayı uzadılacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, 2015-2016-cı dərs ilindən məktəblərdə tədris prosesi iyunun 14-dək davam edəcək. Belə ki, nəticədə 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-yə, 6 günlük tədris həftəsi tətbiq edilən məktəblərdə isə 209 günə çatacaq.