Deputatlar uşaq evində olub
05 fevral 2018 14:01 (UTC +04:00)

Deputatlar uşaq evində olub

0

 

Gənclər Günü münasibəti ilə fevralın 2-də “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət  göstərən  Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin qonaqları Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, millət vəkili  Aqiyə Naxçıvanlı, komitənin sədr müavini, millət vəkili  Sahibə Qafarova, komitənin üzvləri – millət vəkili Sədaqət Vəliyeva və millət vəkili Dilarə Cəbrayılova və komitənin əməkdaşları olub.

 

Lent.az-ın xəbərinə görə, görüşdə millət vəkilləri tərəfindən  sığınacaqda yaşayan kimsəsiz uşaqlara şirniyyat süfrəsi və müxtəlif hədiyyələr təqdim edilib.

Bu gün aktual olan müxtəlif sosial məsələlərin müzakirəsi və sığınacaq əməkdaşlarının peşə fəaliyyəti barədə aparılan söhbətlər, uşaqlara qarşı zorakılığın qarşısının alınmasında mühüm addımların atılmasının vacibliyindən danışan millət vəkili Aqiyə Naxçıvanlı, həmçinin, uşaqların əl işlərindən ibarət rəsmlərə, müxtəlif bəzək əşyalarına və toxuduqları qış geyimlərinə baxaraq, onlarınəl işlərini qiymətləndirib.

 

Bununla yanaşı, “Azərbaycan Uşaqları” İctimai  Birliyinin sədri Kəmalə Ağazadənin qəyyumluğunda olan 29 uşağın hazırkı sosial durumu, təhsil və sağlamlıqları ilə bağlı millət vəkilləri ilə müxtəlif söhbətlər aparılıb. Görüşün sonunda uşaqlar  qonaqlara öz əl işlərindən ibarət müxtəlif hədiyyələr verərək xatirə şəkilləri çəkdirib. Görüş zamanı aparılan danışıqlar və göstərilən etimad bir daha onu sübut etdi ki, güc birlikdə və həmrəylikdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar