Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələr artıq TQDK-nın internet səhifəsində yerləşdirilib və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.
Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 36 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 90 bal olub.