Fevralın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarda yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək .
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.