Bakıda yolun çökmə səbəbi <span style="color:red;">BƏLLİ OLDU  <span style="color:red;">-YENİLƏNİB
16 iyul 2018 15:47 (UTC +04:00)

Bakıda yolun çökmə səbəbi BƏLLİ OLDU -YENİLƏNİB

 

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. 
 
Bunu Lent.az-a açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
 
Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb: "Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməyib, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib".
 
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.
 
A. Nəcəfli deyib ki, çökmə qeydə alınan hissə "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
 
Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.
 
 
 

09:57

 

“Dünən qazıntılar zamanı yol səthində hardasa, 5-6 metr dərinlikdə boşluq hissə aşkarlanıb. Betonlanmış bir ərazidir. Çox güman ki, həmin yerdə əvvəllər bina olub. Söküntü işləri tam olaraq yekunlaşdırılmamış üstü torpaqlanıb”.

 

Bunu Lent.az-a açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Anar Nəcəflinin sözlərinə görə, bu ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Anar Nəcəflinin fikrincə, yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir:

 

“Sonradan həmin ərazidə metro tikintisi ilə əlaqədar olaraq əsas küçədə - Cəlil Məmmədquluzadə küçəsində hərəkət məhdudlaşdırılıb. Küçə bağlanıb. Bakı Metropoliteninin sifarişi ilə həmin ərazinin üzərindən alternativ və müvəqqəti yolun salınması istiqamətində addımlar atılıb. Hazırda yolun çökən hissəsinin təmiri istiqamətində işlər aparılır”.

 

Qeyd edək ki, ötən gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Tural TURAN

Oxşar yazılar