Cəbhə xəttində hərbi hissədə "Açıq qapı" günü
31 dekabr 2015 15:57 (UTC +04:00)

Cəbhə xəttində hərbi hissədə "Açıq qapı" günü

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bu gün qoşunların təmas xəttinin Tərtər istiqamətində yerləşən “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirilib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti əsgərlərin ailələri və yaxınları da iştirak ediblər.

 

Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişət şəraiti ilə şəraitlə tanış olublar.

 

Əsgər valideynləri övladları ilə görüşüb, ön xəttə xidmət edən əsgərlər üçün yaradılan şəraitdən məmnun qalıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar