“Bu ilin 10 ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzini tərəfindən 716 sahibkara cərimə tətbiq olunub. 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 iş istintaq orqanına verilib, 20 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb”. Bunu Lent. az-a açıqlamasında GEM-in sektor müdiri İmran Abdullayev bildirib. Sektor müdiri onu da vurğulayıb ki, Mərkəzin yerli qurumları tərəfindən təkcə oktyabrda 38 sahibkar inzibati qaydada cərimə olunub: “Bundan başqa, ötən ay respublika üzrə əhali arasında 71 qida zəhərlənməsi olub ”.
Vətəndaşlar tərəfindən Mərkəzə şikayətlərin daxil olduğunu deyən İ. Abdullayev onu da vurğulayıb ki, ötən ay 10-a yaxın şikayət daxil olub: “Hər bir şikayət tərəfimizdən araşdırılır”.