Bu il 1000-dən çox əlil istirahətə yollanıb
07 sentyabr 2015 10:31 (UTC +04:00)

Bu il 1000-dən çox əlil istirahətə yollanıb

0

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirlik tərəfindən daha 43 nəfər əlilliyi olan şəxs Şəkidə yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib.  

 

ƏƏSMN-nin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasına yönələn digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də nəzərdə tutulub. Bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində cari ilin yaz-yay mövsümündə ƏƏSMN tərəfindən artıq 1007 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə yola salınıb. 

 

İstirahət günlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur. Onların qeyd olunan mərkəzlərə aparılması və qaytarılması, eləcə də gəzinti turlarının təşkili xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar