Bu gün 15:30-da N!DA Vətəndaş Hərəkatı üzvlərinə və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdiriləcək.
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik edəcəyi proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, gənclərlə bağlı məhkəmənin hazırlıq iclasının ilk prosesi noyabrın 5-də keçirilib.
Gənclərə qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
Bu gün NİDA-çıların növbəti məhkəmə prosesidir
943