Bu gün Kərbəla şəhidlərinin xatirəsinin yad edilir, təziyələr saxlanılır. Bu münasibətlə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.
Qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”.
Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq. Aksiya aşağıdakı məscidlərdə keçirilir:
1. Yasamal rayonu - Təzə Pir məscidi
2. Yasamal rayonu - Hacı Soltanəli məscidi
3. Səbail rayonu - Bibiheybət ziyarətgah məscidi
4. Səbail rayonu - İçərişəhər Cümə məscidi
5. Suraxanı rayonu - Qaraçuxur məscidi
6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayonu - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri - Cümə məscidi
9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhəri - Heydər məscidi
11. Şəki şəhəri - Cümə məscidi
12. Lənkəran şəhəri - Böyük bazar məscidi
13. Bərdə şəhəri - Cümə məscidi
14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi
Səhər saat 09:00-dan başlayacaq aksiyaya QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə sabah saat 11:00-da Təzə Pir məscidində qatılacaq.