UNEC əməkdaşının Brüsseldə fərdi sərgisi açılıb
01 fevral 2018 12:52 (UTC +04:00)

UNEC əməkdaşının Brüsseldə fərdi sərgisi açılıb

0

UNEC-in Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin Belçikanın paytaxtı Brüssel şəhərində fərdi sərgisi açılıb. Lent.az-ın məlumatına görə, Brüsseldə yerləşən Avropa Karikatura Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə S.Cəfərlinin beynəlxalq müsabiqələrdə qalib olan 130-dan çox karikaturası nümayiş etdirilib. Ziyarətçilərin böyük maraqla izlədikləri karikaturalar əsasən sosial və ekoloji mövzulara həsr olunub.

 

Sərgi aprelin 8-dək davam edəcək.

 

Yaradıcılıq fəaliyyətinə 1982-ci ildə “Kirpi” jurnalında başlayan S.Cəfərli 2002-ci ildə Azərbaycan Karikaturaçıları Birliyini yaradıb. Hazırda “Humortoons International Cartoon News Centre”nin direktoru və “Humor” beynəlxalq karikatura jurnalının baş redaktorudur. 42-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olub. Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib, albomlarda dərc edilib. 100-dən artıq beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatına layiq görülüb.

 

S.Cəfərlinin Belçika, Türkiyə, Fransa və İranda fərdi sərgiləri təşkil olunub. Çin, Kolumbiya, Hollandiya, Kipr, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə karikaturaları sərgilənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar