Bir yaşlı Səid Bədirzadə osteomielit xəstəliyindən əziyyət çəkir. Bu barədə Lent.az-a Səidin anası Zümrüd Bədirzadə məlumat verib. Onun sözlərinə görə, oğlunun 3 ayı tamam olandan çiyin sümüyündə çirklənmə başlayıb. Səidin müalicə olunması üçün qəbul etdiyi güclü antibiotiklər uşağın qulağına mənfi təsir edib. Səid qəbul etdiyi dərmanların təsirindən eşitmə qabiliyyətini itirib.
İndi onda 4-cü dərəcəli 2 tərəfli ağır subnevraleşitmə azlığı var. Təcili əməliyyat olunmazsa, həmişəlik kar qalacaq. Eşitmədiyinə görə danışa da bilməyəcək.
Əməliyyat çox bahalıdır. 30 min avro pul vəsaiti tələb olunur. Ailənin isə buna maddi imkanı çatmır. Balaca Sədiə kömək etmək istəyənlər aşağıdakı bank ünvanına pul köçürə bilər. Yardımlarınız üçün indidən təşəkkür edirik.
Ailə ilə əlaqə saxlamaq üçün Səidin anası Z. Bədirzadənin telefon nömrəsi: 055 610 55 53