Uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən daha 20 sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq Əmək və Əhalinin Müdafiə Nazirliyi tərəfindən Ukraynanın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyasına üç həftəlik bərpa müalicəsinə yola salınıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu sanatoriya səmərəli fizetеrаpеvtik müаlicə üsullаrı ilə məşhur оlаn sаnаtоr müəssisədir. Həmin müəssisədə аpаrılаn müаlicə kursu sağlamlıq imkanları məhdud uşaqların səhhətində ciddi yахşılаşmаya səbəb olur.
Uşaqların valideynlərindən biri ilə Hеydər Əliyеv аdınа Bеynəlхаlq Hаvа Limаnındаn yola salınması və qarşılanmaları, qeyd olunan sanatoriyada yerləşdirilmələri və bərpa-müalicə prosedirları ilə təmin edilmələrinə nəzarət olunması üçün nazirlikdən məsul şəxs təhkim olunub.
Qeyd edək ki, həmin uşaqların Evpatoriyada bərpa müalicəsi Azərbaycan Prezidentinin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı ilə ayrılmış vəsait hesabına təmin olunur. İndiyə qədər uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən 20 sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq nazirlik tərəfindən həmin sanatoriyaya bərpa müalicəsinə göndərilib. Bu ayın sonunadək daha 39 uşağın tibbi-sosial reablitasiya üçün xaricə müalicəyə göndərilməsi nəzərdə tutulub.