Fevralın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-10 dərəcə, Bakıda gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 4-9 dərəcə, yüksək dağlıq ərazilərdə 9-14 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.