BAMF Astana İqtisadi Forumunun media tərəfdaşı olub
28 mart 2014 17:09 (UTC +04:00)

BAMF Astana İqtisadi Forumunun media tərəfdaşı olub

BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü seçilən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bu il mayın 21-23-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək yeddinci Astana İqtisadi Forumunun (AİF) media tərəfdaşı olub. Lent.az-ın məlumatına görə, bununla bağlı Avrasiya alimlərinin iqtisadi klubunun təşkilatçı komitəsinin adından BAMF-a təklif gəlib. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. O, sözügedən forumun media tərəfdaşı olmalarına artıq razılıq verdiklərini deyib. Yeddinci Astana İqtisadi Forumu haqında danışan U.Rəhimoğlu bildirib ki, Forumda nəzərdə tutulan 2-ci Dünya Anti - Krizis Konfransı (WAC) maraqla gözlənilən tədbirlər sırasındadır.

Qeyd edək ki, bu dəfə ki Foruma dünyanın 136 ölkəsindən on min nəfərin iştirakı gözlənilir, onlardan  850 nəfəri isə media nümayəndəsi olacaq. Dünyanın nəhəng televiziya kanallarından olan CNN, Euronews, Rusiya 24 və yerli kanallarla birgə TV debatlar olacaq. Forumda dünyanın  20 əsas beynəlxalq təşkilatı, 10 nəfər Nobel mükafatı laureatı, 15 fəaliyyətdə olan və keçmiş dövlət başçıları  iştirak edəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar