Bakının risk xəritəsi hazırlanacaq
14 noyabr 2013 10:58 (UTC +04:00)

Bakının risk xəritəsi hazırlanacaq

Fövqəladə Hallar Nazirliyinin (FNH) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində AMEA prezidenti, akademik Akif Əlizadə və Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadənin tövsiyəsi ilə “Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması” mövzusunda elmi-tədqiqat işinin müzakirəsi keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş idarəsinin (İİBİ) rəisi Tariel Hüseynov Bakı şəhərində seysmik təhlükənin və dağıntıların miqyasının azaldılması istiqamətində aparılan tədqiqatın əhəmiyyətindən söz açmış, alınmış nəticələrin FHN-in sahə üzrə mütəxəssisləri və AMEA alimlərinin iştirakı ilə müzakirəsinin önəmliyini vurğulayıb. O, AMEA və FHN arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə innovasiya layihələrinin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib.

Mövzu ilə bağlı çıxış edən AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov tədqiqatın Geologiya İnstitutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı çərçivəsində həyata keçirildiyini qeyd edib.

Bildirilib ki, layihənin məqsədi Bakı şəhərinin mərkəz hissəsinin (~30 kv.km) mikrotremor ölçü məlumatları əsasında Naqaşi-Nakamura üsulu əsasında seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması olub.

Seysmik təhlükənin və zərərin azaldılması istiqamətində ölkəmizdə müəyyən üsulların tətbiq olunduğunu söyləyən F. Qədirov ilk dəfə real ölçmələr əsasında, Naqaşi-Nakamura üsulunu tətbiq etməklə şəhərin rezonans tezliklərinin, qruntun gücləndirmə əmsalının paylanma və seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlandığını qeyd edib. Bakı şəhərinin risk xəritəsinin hazırlanmasının zəruriliyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543

Oxşar yazılar