Bakıda məktəbdənkənar təhsil müəssisələrinin və idman məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Bu barədə Lent.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Müəssisələrin elmi-metodik, tədris-pedaqoji, informasiya-kommunikasiya və maddi-texniki təminatına nail olunub, bütün məktəbdənkənar təhsil müəssisələri yumşaq və bərk inventarlarla, tədris-texniki ləvazimat, əyani vəsait, idman qurğuları və avadanlıqları ilə təchiz edilib. 2012-2013-cü tədris ili ərzində 10 və 14 nömrəli idman məktəblərində yeni futbol bölmələri, 11 və 15 nömrəli Uşaq Gənclər İdman Məktəblərində isə yeni şahmat idman bölməsi açılıb.
Tədris ilinin əvvəlində 46 məktəbdənkənar təhsil müəssisəsində 3187 dərnək və bölmədə 40196 uşaq məşğul olduğu halda, ilin sonunda bu rəqəm müvafiq olaraq 3142 qrup, 39836 uşaq olub. Məktəbdənkənar təhsil müəssisələrində isə davamiyyət zəif olduğu üçün 24 qrupun müvəqqəti fəaliyyəti dayandırılıb.