Yanvarın 17-də Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a "Azərsu" ASC-dən bildirilib.
Su təchizatındakı məhdudiyyət Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.