Bu gün Bakının üç qəsəbəsində içməli su təchizatında məhdudiyyətlər yaranıb.
“Azərsu” ASC-dən Lent.az-a daxil olan məlumatda bildirilir ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.
Məlumatda bildirilib ki, içməli suyun verilişində fasilə yanvarın 22-də günün birinci yarısına qədər davam edəcək.