Bakıda hansı fənn müəllimlərinə ehtiyac var? – SİYAHI
28 iyun 2013 12:45 (UTC +04:00)

Bakıda hansı fənn müəllimlərinə ehtiyac var? – SİYAHI

2013/2014 – cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə - ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrində ümumilikdə 422 müəllimin işə qəbulu üzrə vakant yer ayrılıb.

Bu yerlərdən 25 - i Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi üzrə - 24, rus bölməsi üzrə - 1), 26-sı Tarix (Azərbaycan bölməsi üzrə - 23, rus bölməsi üzrə - 3), 24 - ü Riyaziyyat (Azərbaycan bölməsi üzrə - 18, rus bölməsi üzrə - 6), 20 – si Coğrafiya (Azərbaycan bölməsi üzrə - 11, rus bölməsi üzrə - 9), 86-sı İbtidai sinif (Azərbaycan bölməsi üzrə 52, rus bölməsi üzrə - 34), 16 – sı Fizika (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 8), 11- i Kimya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 4), 10 – u Biologiya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 3), 29 – u İnformatika (Azərbaycan bölməsi üzrə - 20, rus bölməsi üzrə - 9), 39 – u İngilis dili (Azərbaycan bölməsi üzrə - 38, rus bölməsi üzrə - 1), 5 – i Rus dili (Azərbaycan bölməsi üzrə - 3, rus bölməsi üzrə - 2), 1 – i Fransız dili (Azərbaycan bölməsi üzrə - 1), 25 – i GÇQH rəhbəri (Azərbaycan bölməsi üzrə - 25), 71 – i Fiziki tərbiyə (Azərbaycan bölməsi üzrə - 58, rus bölməsi üzrə - 13), 11 – i Təsviri incəsənət, rəsmxət (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 3), 9 – u Əmək hazırlığı (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 2), 14 - ü Musiqi (Azərbaycan bölməsi üzrə - 12, rus bölməsi üzrə - 2) fənnləri üzrədir.


Fənn müəllimlərinə daha çox Bakının Xəzər, Qaradağ, Sabunçu, Binəqədi və Xətai rayonlarında ehtiyac var.


Qeyd edək ki, elan olunan yerlər üzrə sənədlərin qəbulu Təhsil Nazirliyi tərəfindən on-layn şəkildə aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar