Bakıda fantastik qiymətə 1954-cü ilin "GAZ 12 ZİM” markalı avtomiobil hərraca çıxarılıb.
Lent.az-ın “baku.ws” saytına istinadən məlumatına görə, 2.1 litrlik mühərriklə təchiz edilmiş avtomobilə ilkin olaraq 60 min manat qiymət qoyulub. Avtomobil mexaniki sürət qutusuna malikdir. Heç bir detalı dəyişdirilməyib və yaxşı vəziyyətdədir.