Bakıda daha bir altızolaqlı yol salınır
21 noyabr 2013 10:44 (UTC +04:00)

Bakıda daha bir altızolaqlı yol salınır

Bakıətrafı kənd və qəsəbələri birlşdirəcək daha bir yolun yenidən qurulması layihəsi davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yenidən qurulan Qala-Şüvalan-Pirallahı yolunun uzunluğu 21,7km,  eni isə 28metr təşkil edəcək.  Yolun 6,9 km hissəsi 6 hərəkət zolaqlı, 14,8 km-lik hissəsi isə 4 zolaqdan ibarət olacaq.  Layıhə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq  yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsdə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.

 

Yolun  2014-cü ildə  istismara verilməsi planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1255
avatar

Oxşar yazılar