Bakıda bu küçədə hərəkət məhdudlaşacaq
23 fevral 2018 11:10 (UTC +04:00)

Bakıda bu küçədə hərəkət məhdudlaşacaq

0
Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
 
 
Lent.az-ın məlumatına görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
 
 
Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alyternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
 
 
Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar