Olimpiya və dünya çempionları “Son zəng”də
30 may 2015 16:38 (UTC +04:00)

Olimpiya və dünya çempionları “Son zəng”də

Bu gün də Azərbaycanın, o cümlədən paytaxt Bakının bəzi məktəblərində “Son zəng” keçirilir. Respublika Olimpiya İdman Liseyində də ənənəvi “Son zəng” çalınıb. Lent.az-ın məlumatına görə, məzun günündə liseyin kollektivi ilə yanaşı Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov rayon icra strukturunun nümayəndələri iştirak edib.

Liseyin direktoru Rasim Muradov çıxış edərək təhsil ocağının yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb: “51 illik fəaliyyəti dövründə burada onlarla idmançı yetişib ki, bu gün onların sədaları dünya və olimpiya çempionatlarından qalib olaraq gəlir. Çempionlar arasında Kamandar Məcidov, Nazim Hüseynov, Boris Koretski, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev, Həsən Əliyev, Vitali Rəhimov və onlarla digər idmançıların adını çəkmək olar ki, onlar ilk məşqlərini burada edib, ilk məzun adını bu liseydə alıblar”.

Direktorun sözlərinə görə, Avropa Olimpiya Oyunları zamanı bu məktəbin şagirdləri də çıxış edəcəklər: “Yunan-roma növü üzrə 4 çəki dərəcəsində məktəbin yetirməsi güləşəcək. Sərbəst güləşdə 1 çəki dərəcəsində 2 idmançı yarışacaq. Biz nəticələrinə görə, Dünya və Avropa çempionu olan Həsən Əliyevdən, dünya çempionu Cəbrayıl Həsənovdan, cüdoçu Nicat Şıxalızadədən yüksək nəticə gözləyirik”.

 

Qeyd edək ki, ümumilikdə 10-dan çox şagird I Avropa Oyunlarında müxtəlif idman növləri üzrə yarışacaq. Respublika Olimpiya İdman Liseyində hazırda 635 şagird təhsil alır ki, onlardan da 68 nəfər bu gün məzun adını alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar