Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq şöbə müdiri vəfat edib
03 sentyabr 2015 11:43 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq şöbə müdiri vəfat edib

0

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin sabiq müdiri, Bilik Fondunun baş məsləhətçisi Bəhman Nəbiyev dünyasını dəyişib.

Mərhumun oğlu Tural Nəbiyevin APA-ya verdiyi məlumata görə, B. Nəbiyev sentyabrın 2-də Qax şəhərində xəstəxanada dünyasını dəyişib.

Onun ürək tutmasında vəfat etdiyi bildirilir. B. Nəbiyev Müşfiqabad qəbiristanlığında dəfn olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1164

Oxşar yazılar