Bakı Şəhər üzrə Təhsil İdarəsinə müdir təyin olundu
28 dekabr 2015 18:06 (UTC +04:00)

Bakı Şəhər üzrə Təhsil İdarəsinə müdir təyin olundu

Təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri Üzrə təhsil İdarəsində kadr dəyişikliyi ilə bağlı əmr verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

 

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar