
Azərbaycandakı müəllimlərin 79 faizi qadınlardır
"Dayanaqlı inkişaf məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender balansının gözlənilməsidir".
APA-nın xəbərinə görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən Təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, statistik göstəricilərə görə, təhsil sistemində qadınlar çoxluq təşkil edir: "Təhsil sistemində müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 faizini qızlar təşkil edir. Peşə təhsilində bu göstərici təhsil verənlər üzrə 69, təhsil alanlar üzrə 33, orta ixtisas sahəsində təhsil verənlər üzrə 78 faiz təşkil edir. Bakalavriat səviyyəsində təhsilalanların 50, magistratura səviyyəsində 54, doktorantura səviyyəsində isə 56 faizini qadınlar təşkil edir. Hazırda fəlsəfə doktorlarının 51, elmlər doktorların isə 46 faizini qadınlar təşkil edir".
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20