AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Cəlilabadın Üçtəpə kəndindəki Polutəpədə qədim yaşayış məskəni aşkar edib. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib.
Polutəpə yaşayış məskənində aşkar edilən məişət əşyaları əvvəllər tapılan əşyalardan bəzi xüsusiyyətləri ilə seçilir. Qazıntılar zamanı 3 insan məzarı və yerli tayfaların o dövr üçün xüsusi əhəmiyyət kəsb edən silah anbarı aşkar edilib.
Tapılmış nümunələrə əsasən burada bizim eradan əvvəl neolit dövründə yaşamış yerli tayfaların əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıqla da məşğul olduqları ehtimal olunur.
T. Axundov bildirib ki, aşkar olunmuş nümUnələrin tədqiq olunması üçün AMEA Botanika və Coğrafiya institutlarına, eləcə də Rusiya Federasiyasının elmi-tədqiqat institutlarına göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 6 hektralıq ərazini əhatə edən Polutəpə yaşayış məskəni Qafqazda V minilliyə aid olan ən böyük qədim yaşayış məskənidir.