Azərbaycanda qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı cərimələr artdı
28 iyun 2013 18:31 (UTC +04:00)

Azərbaycanda qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı cərimələr artdı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsinə qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması ilə əlaqədar 38-7-ci maddənin əlavə edilməsi ilə bağlıdır.

Həmin maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə  vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

 

Azərbaycan prezidentinin fərmanı ilə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Səhiyyə Nazirliyi həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar