Azərbaycanda narkotiklərdən istifadəyə meyllilik artıb – SOS
25 iyun 2013 12:10 (UTC +04:00)

Azərbaycanda narkotiklərdən istifadəyə meyllilik artıb – SOS

“Son vaxtlar Azərbaycanda narkotiklərdən istifadəyə meyllilik artıb. Bu, özünü gənclər və yeniyetmələr arasında qabarıq şəkildə göstərir”. Lent.az-ın məlumatına görə, bunu Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Bakıda “Narkotiklətə Qarşı Təbliğat” İctimai Birliyi və Gənclər və İdman Nazirliyi tərəfindən “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda bildirib.

Konfransda Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən hazırlanmış Azərbaycanda 2012-ci il üçün narkotiklərə dair İllik Hesabat və bu sahədə görülmüş işlərə dair məlumat verən Məzahir Əfəndiyev qeyd edib ki, BMT-nin hesablamalarına görə, dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə edir. Bu, dünya əhalisinin təxminən 4,8%-i deməkdir. Onların 26 milyonu narkotiklərdən gündəlik istifadə edən xəstə şəxslərdir. Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onların sayı 165 milyondan artıqdır. Aparılmış araşdırmalar onu deməyə əsas verir ki, son dövrlər heroin, opium və tiryəkdən istifadə edənlərin sayı daha çox artır. Ötən ilin sonlarınadək dünya üzrə narkotik əkilən əkin sahələri artaraq 238 min (2009-cu ildə bu rəqəm 234 min hektar olub) hektara çatıb.

M. Əfəndiyev deyib ki, Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatına görə, hazırda ölkədə narkotik istifadəçilərinin sayı 27910 nəfər təşkil edir ki, (2011-ci ildə bu rəqəm 26717 nəfər olub) onların da 21999-u dispanser, 5911 nəfəri isə profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir: “Rəsmi statistika son 5 ildə narkotiklərdən istifadənin yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə də cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə hallarına rast gəlinir. Şübhəsiz ki, bütün bu məlumatlar həyəcan doğurmaya bilməz”. 

M. Əfəndiyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem mövcuddur: “Azərbaycan 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər həyata keçirir. Hüquq-mühafizə orqanları tərəfindən bu sahədə çox ciddi nəticələr əldə olunub və qeyri-qanuni dövriyyədən tonlarla narkotik maddə (2012-ci ildə bu rəqəm təxminən 1 ton 371 kq olub) çıxarılaraq məhv edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515
avatar

Oxşar yazılar