Azərbaycanda kitab nəşri bahalaşıb - STATİSTİKA
13 noyabr 2013 12:11 (UTC +04:00)

Azərbaycanda kitab nəşri bahalaşıb - STATİSTİKA

2013-cü ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz aşağı düşüb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ay mədən-çıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9 faiz, metal filizlərinin hasilatı üzrə 0,6 faiz ucuzlaşıb. Daş, qum, çınqıl, duz və digər mədən-çıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz artıb. 
Poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, geyim istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar